Azərbaycan ilə Rusiya arasında qida məhsullarının idxalı və ixracı ilə bağlı müzakirələr aparılıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında görüş olub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, onlayn formatda keçirilən görüşdə iki ölkə arasında qida məhsullarının idxal-ixracı sahəsində mövcud vəziyyət nəzərdən keçirilib.
Görüşdə məhsulların idxalı zamanı aparılan laborator müayinələrdə tətbiq olunan metodlar, nümunəgötürmə və tədqiqat üsulları diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Mətbuat Şurası Prezident İlham Əliyevə...
Azərbaycan QHT-ləri müharibənin qalibi...
Ali Məclisin 2025-ci il payız...
Medianın İnkişafı Agentliyində Zəfər...
Naxçıvan Regional Bank Forumu keçirilib...