Azərbaycan ikinci dəfə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək
Azərbaycan 2026-cı ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək.
Fhnews.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası və Azərbaycan Cüdo Federasiyası arasında müvafiq razılıq əldə olunub.
Bununla da “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına cüdo üzrə lisenziya yarışlarına Bakıda keçiriləcək mundialla start veriləcək.
Azərbaycan daha əvvəl 2018-ci ildə cüdo üzrə dünya çempionatını qəbul edib.
2026-cı ilin iyun ayında Azərbaycan yenidən cüdo dünyasının mərkəzinə çevriləcək və mundiala ev sahibliyi edəcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...