Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq turnirdə 5 qızıl medal qazanıb
Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın Sankt-Peterburq şəhərində atçılığın dresaj növü üzrə keçirilən “Maksima Masters” Avrasiya Kubokunda yüksək nəticələr əldə edib.
Fhnews.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, iki gün davam edən turnirdə 3 atla iştirak edən təmsilçimiz cavan atlar arasında (5-7 yaş) yarışlarda dörd qızıl və "Prix Sant George" proqramı üzrə bir bürünc medal qazanıb.
O, “İntermediate 1 Freestyle2 proqramında isə daha bir qızıl mükafata sahib çıxıb.
Qeyd edək ki, atçılığın dresaj növü üzrə ilk milli komanda Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi və təşəbbüsü ilə 2023-cü ildə yaradılıb. Yığmanın əsas məqsədi 2028-ci ildə ABŞ-ın Los-Anceles ştatında keçirilməsi planlaşdırılan Yay Olimpiya Oyunlarına vəsiqə qazanaraq ölkəni layiqincə təmsil etməkdir.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...