Azərbaycan İdman Akademiyasının proqramları beynəlxalq akkreditasiyadan keçib
Azərbaycan İdman Akademiyası Beynəlxalq Proqram Akkreditasiyasından uğurla keçib.
Fhnews.az xəbər verir ki, akademiyanın magistratura səviyyəsi üzrə “İdman tibbi və reabilitasiya” və “İdman menecmenti” ixtisaslaşmaları, bakalavriat səviyyəsi üzrə isə “İdman menecmenti və kommunikasiya” ixtisası zəruri tələblərə cavab verdiyinə görə 5 il müddətinə beynəlxalq akkreditasiya sertifikatı əldə edib. Akkreditasiya prosesi Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Avropa Assosiasiyasının (EQNA) üzvü olan və Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestrində (EQAR) qeydiyyatdan keçmiş müstəqil agentlik tərəfindən aparılıb.
Müvafiq Akkreditasiya prosesindən uğurla keçmək akademiya tərəfindən verilən səriştələrin beynəlxalq səviyyədə tanınması, yüksəkkeyfiyyətli təhsil xidmətlərinin təminatı və beynəlxalq tələblərə uyğunluğun təsdiqi hesab olunur.
Həmçinin bu proses akademiya tələbələri üçün xarici universitetlərdə müxtəlif akademik mobillik proqramlarında iştirak, magistratura və doktoranturaya qəbul, məzunların həm yerli, həm də beynəlxalq əmək bazarlarında rəqabət qabiliyyətinin artırılması, öz ixtisasları üzrə ölkədə və xaricdə işlə təmin olunması imkanları yaradır.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...