Azərbaycan I Liqasında ilk dəfə VAR sistemi tətbiq olunacaq
Futbol üzrə Azərbaycan I Liqasında XXVI turun “Qaradağ Lökbatan” – “Şamaxı” görüşündə VAR sistemindən istifadə olunacaq.
Fhnews.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu sistem yeni adı ilə keçirilən turnirdə ilk dəfə tətbiq ediləcək.
Mövsümün başa çatmasına 2 tur qalmış “Qaradağ-Lökbatan” 53 xalla 1-ci, “Şamaxı” isə 51 xalla 2-ci pillədə qərarlaşıb. Bu səbəbdən çempionluq yolunda böyük əhəmiyyət kəsb edən matçda VAR sisteminin tətbiqinə qərar verilib.
Qeyd edək ki, mayın 16-də keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...