Azərbaycan hərbi qulluqçuları "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Aralıq dənizinin şərqində Türkiyə Respublikasının Silahlı Qüvvələrinin təşkilatçılığı ilə "Mavi Balina - 2024" təlimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimdə ümumilikdə 13 ölkədən 62 dəniz və hava qüvvə və vasitələri təlim tapşırıqlarını icra edərək, sualtı müdafiə döyüşlərinə, eləcə də müştərək dəniz əməliyyatlarına aid bilik və bacarıqlarını təkmilləşdiriblər.
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu "Mavi Balina - 2024" təlimində müşahidəçi qismində iştirak edib.
Müdafiə naziri: Ordunun gücü və...
Hərbi qulluqçularımız Səudiyyə...
Azərbaycan ilə Pakistan arasında hərbi...
Dəniz xüsusi təyinatlıları...
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə...