Azərbaycan hərbçiləri “Altın Kıran” beynəlxalq taktiki-xüsusi təlimində iştirak edirlər
Jungar Alatau dağlarında Qazaxıstanın Desant-Hücum Qoşunları və Azərbaycan Ordusunun bölmələri arasında kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsi üzrə təcrübə mübadiləsinin həyata keçiriləcəyi “Altın Kıran” beynəlxalq taktiki-xüsusi təlimi başlayıb.
Fhnews.az Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, təlim Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının komandanı general-mayor Almaz Jumakeyevin rəhbərliyi ilə keçirilir.
Təlim iştirakçılarının daha səmərəli fəaliyyət göstərmələri üçün iştirakçılar Qazaxıstan və Azərbaycan hərbçilərindən ibarət iki qarışıq qrupa bölünübllər.
İlk gündə təlim iştirakçılarına alpinizm avadanlıqlarından istifadə, düyünlər bağlamaq, qayadan qalxmaq və enmək, yüksək dağlıq şəraitində ilkin tibbi yardımın göstərilməsi və yaralıların təxliyəsi ilə bağlı təlimlər keçirilib. İki ölkənin hərbçiləri qida təminatı olmadan dağ şəraitində sağqalma bacarıqlarını bölüşüblər.
Xatırladaq ki, “Altın Kıran - 2024”ün açılış mərasimi Almatı şəhərində baş tutub.
Açılışdan dərhal sonra bölmələr təyin olunan rayona avtomobillərlə yürüş edib və qarışıq bölmələrin tərkibində birgə təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsinə başlayıb.
Müdafiə naziri: Ordunun gücü və...
Hərbi qulluqçularımız Səudiyyə...
Azərbaycan ilə Pakistan arasında hərbi...
Dəniz xüsusi təyinatlıları...
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə...