Azərbaycan gimnastları beynəlxalq turnirdə bürünc medal qazanıblar
Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq yarışında fəxri kürsüyə qalxıblar.
Azərbaycan Gimnastika Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, İbrahim Mustafazadə, Əli Niftəliyev və Fərhad Vəliyev komanda hesabında yüksək nəticə əldə edərək bürünc medal qazanıblar.
Ötən gün start götürən turnirə iyulun 13-də yekun vurulacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...