Azərbaycan Dünya Köçəri Oyunlarında daha bir medal qazanıb - YENİLƏNİB
Azərbaycan Qazaxıstanın paytaxtı Astanada keçirilən V Dünya Köçəri Oyunlarında daha bir medal qazanıb.
Fhnews.az xəbər verir ki, qazaq güləşi yarışında Ülviyyə Bayramova (52 kq) bürünc mükafat əldə edib.
O, üçüncü yer uğrunda görüşdə moldovalı Mariya Leorda qalib gəlib.
Qeyd edək ki, bu Azərbaycanın yarışda əldə etdiyi ikinci medaldır. Daha əvvəl qazaq güləşi yarışında Elşən Dünyamalıyev (55 kq) bürünc mükafata sahib çıxıb.
16:05
Azərbaycan Qazaxıstanın paytaxtı Astanada keçirilən V Dünya Köçəri Oyunlarında ilk medalını qazanıb.
Fhnews.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Qazaq güləşi yarışında Elşən Dünyamalıyev (55 kq) bürünc mükafat əldə edib.
O, üçüncü yer uğrunda görüşdə monqolustanlı Qantuq Bayantura qalib gəlib.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...