Azərbaycan cüdoçuları Avropa Kubokunda altı medal qazanıblar
Azərbaycanın gənc cüdoçuları İspaniyanın Malaqa şəhərində keçirilmiş Avropa Kubokunda 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.
Fhnews.az xəbər verir ki, Süleyman Şükürov (81 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Finalda S. Şükürova uduzan Əli Hacızadə ikinci yeri tutub. Məhəmməd Musayev (66 kiloqram), Aydın Rzayev (73 kiloqram) və Tuncay Şamil (90 kiloqram) isə bürünc medalla kifayətləniblər.
Yığma medal əyarına görə ümumi hesabda 3-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...