Azərbaycan cüdo millisinin üzvləri əməliyyat olunublar
Azərbaycan cüdo milli komandasının üzvləri Gültac Məmmədəliyeva, Elcan Hacıyev və Yaşar Nəcəfov ölkə xaricindən dəvət edilmiş yüksək səviyyəli ixtisaslaşmış cərrah tərəfindən əməliyyat olunublar.
Fhnews.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Gültac Məmmədəliyevada sol çiynindəki zədə səbəbindən Latarjet əməliyyatı, Yaşar Nəcəfovda labrum yırtığı üçün ankorla artroskopik SLAP lezionunun refiksasiyası və Elcan Hacıyevdə akromioklavikulyar oynağın minimal invaziv refiksasiyası və Endobutton ilə ön çarpaz bağ rekonstruksiyası əməliyyatları uğurla həyata keçirilib.
G.Məmmədəliyevanın 16-20 həftə (təxminən 4-5 ay), Yaşar Nəcəfovun 12 həftə (təxminən 3 ay) və Elcan Hacıyevin 20-24 həftə (təxminən 5-6 ay) sonra məşqlərə qayıtması gözlənilir.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...