Azərbaycan boksçusu lisenziya turnirində 1/4 finala vəsiqə qazanıb
Azərbaycan boksçusu Şamil Əsgərov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində 1/4 finala vəsiqə qazanıb.
Fhnews.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Kaleb Tiradonu (Puerto-Riko) sınağa çəkib. Görüş Ş. Əsgərovun qələbəsi ilə yekunlaşıb – 3:2 (30:27, 29:28, 30:27, 28:29, 27:30). O, 1/4 finalda Munarbek Seyitbek Uulu (Qırğızıstan) ilə döyüşəcək. Görüş mayın 31-də gerçəkləşəcək.
Qeyd edək ki, bu gün 1/16 finalda Alfonso Dominges (92 kiloqram) və Məhsəti Həmzəyeva (57 kiloqram) də rinqə çıxacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...