Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
Azərbaycanın qadın boksçusu Marjona Savriyeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında ilk görüşünə çıxıb.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Nili Brukla (Şotlandiya) üz-üzə gəlib.
Rəqib ilk raundda zədələndiyindən həkimlər döyüşün davam etdirilməsinə icazə verməyiblər. Qalib elan olunan Savriyeva yarımfinala yüksəlib. O, bu qələbə sayəsində özü üçün azı bürünc medalı təmin edib.
Boksçu oktyabrın 17-də final uğrunda Dominika Kuçzevska (Polşa) ilə gücünü yoxlayacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...