Azərbaycan boksçuları Rusiyada beynəlxalq turnirə qatılacaqlar
Azərbaycan boksçuları Rusiyanın Çita şəhərində gənclər arasında keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 5 gün davam edəcək yarışda baş məşqçi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədovun rəhbərliyi ilə yığmanın 5 üzvü mübarizə aparacaq.
Bilalhəbaşi Nəzərov (48 kiloqram), Zidan Hümbətov (54 kiloqram), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 57 kiloqram) və Məhəmmədəli Qasımzadə (60 kiloqram) qüvvəsini sınayacaq.
Avqustun 25-də start götürəcək turnirə ayın 30-da yekun vurulacaq. Artıq səfərə yollanan milli komanda avqustun 31-də Vətənə qayıdacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...