Azərbaycan boksçuları beynəlxalq turnirdə mübarizə aparacaqlar
Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində keçiriləcək gənclər arasında ənənəvi “Adriatik incisi” turnirində iştirak edəcəklər.
Fhnews.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, martın 5-də start götürəcək yarışda millinin 11 üzvü mübarizə aparacaq.
Turnirdə yığmanın baş məşqçisi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında Bilalhəbəşi Nəzərov (48 kiloqram), Zidan Hümbətov (51 kiloqram), Məhəmmədəli Aşurəliyev (57 kiloqram), İbrahim Zeynalov (63,5 kiloqram), Hüseyn Hacıyev (67 kiloqram) və Ziya Həsənov (71 kiloqram) qüvvələrini sınayacaqlar.
Qızların yarışında isə məşqçi Anar Baxışovun rəhbərliyi ilə Lalə Mədətova (48 kiloqram), Nərmin Əlizadə (50 kiloqram), Aynur Mikaylov (54 kiloqram), Qızbəs İsgəndər (57 kiloqram) və Emili Rzayeva (63 kiloqram) rinqə çıxacaqlar.
“Adriatik inci”sində Azərbaycanı hakim kimi Rövşən Qədirov təmsil edəcək.
Bu gün səfərə yollanan yığma martın 11-də Bakıya qayıdacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...