Azərbaycan boksçuları Astanadakı turniri 2 medalla başa vurublar
Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilmiş “Elorda Cup” beynəlxalq turnirini 2 medalla başa vurublar.
Fhnews.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmanın heyətində Murad Allahverdiyev (86 kiloqram) finala kimi irəliləyib. Lakin həlledici görüşdə məğlub olan “Paris-2024” Yay Olimpiya Oyunlarının lisenziyaçısı gümüş medal qazanıb.
Digər olimpiyaçı Məhəmməd Abdullayev (+92 kiloqram) də “Elorda Cup”da mükafatçılar sırasında yer alıb. O, turniri bürünc medalla bitirib.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...