Azərbaycan Basketbol Liqası: “Sumqayıt” ili qələbə ilə başa vurub
Azərbaycan Basketbol Liqasının IX turunda növbəti oyun keçirilib.
Fhnews.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" və "Gəncə" komandaları üz-üzə gəliblər. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən görüş “gənclik şəhəri” təmsilçisinin 95:88 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın heyətində ən məhsuldar basketbolçu 18 xal, 11 ribaundla Smit Roderik olub. “Sarı-göylər”də isə Culs Mur 22 xal, 4 ribaundla oynayıb.
Qeyd edək ki, turun ilk görüşlərində “Neftçi” “Sərhədçi”ni 88:86, “Sabah” isə “Xəzri”ni 84:80 hesabı ilə məğlub edib. Digər iki oyun dekabrın 23 və 24-də keçiriləcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...