Azərbaycan badmintonçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Niderlandın Hertogenbos şəhərində keçirilən “YONEX Dutch Open” beynəlxalq turnirində gümüş medal qazanıb.
Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, o, qadın badmintonçuların şəxsi yarışında finala kimi irəliləyib. Mübarizəyə 1/16 finaldan başlayan Keişa finala gedən yolda Hindistan, Danimarka və Bolqarıstan təmsilçilərinə qalib gəlib.
Badmintonçumuz qızıl medal uğrunda keçirilən oyunda malayziyalı Kisona Selvaduraya 0:2 (14-21,16-21) hesabı ilə uduzaraq gümüş medala layiq görülüb.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...