Azərbaycan badmintonçularının Paris-2024 Yay Olimpiya Oyunlarındakı rəqibləri bəlli olub
Azərbaycan badmintonçularından Edi Reski Dviçayo və Keişa Fatimə Zəhranın Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında şəxsi kateqoriyada qrup mərhələsindəki rəqibləri müəyyənləşib.
Fhnews.az xəbər verir ki, Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, kişilərin mübarzəsində Edi Reski Dviçayo E qrupunda Anders Antonsen (Danimarka) və Kollins Filimonla (Avstriya) qarşılaşacaq.
Qadınların yarışında isə Keişa Fatimə Zəhra N qrupunda He Bin Çzyao (Çin) və Kirsti Qilmorla (Böyük Britaniya) üz-üzə gələcək.
Qeyd edək ki, Paris-2024 iyulun 26-da start götürəcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...