Azərbaycan badmintonçuları beynəlxalq turnirdə gümüş medal qazanıb
Azərbaycan badmintonçuları Aqil Qabilov və Era Maftuha Uqandanın paytaxtı Kampala şəhərində keçirilən "Future" seriyalı "Kampala İnternational 2024" beynəlxalq turnirində gümüş medal qazanıb.
Badminton Federasiyasından verilən məlumata görə, mübarizəyə 1/16 finaldan başlayan Aqil - Era tandemi qarışıq qoşa kateqoriyasında ardıcıl 3 qələbə qazanaraq turnirin finalına yüksəlib.
Qızıl medal uğrunda keçirilən qarşılaşmada Malayziya təmsilçiləri Əşrəf Daniel Zakaria - Lim Xuan cütlüyünə hər iki setdə uduzan (18:21,17:21) badmintonçularımız gümüş medalla kifayətlənib.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...