23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Azərbaycan ağırlıqqaldıranı 2 qızıl medalla Avropa çempionu olub

19-06-2024
IMG

Azərbaycan ağırlıqqaldıranı İsa Əliyev Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında keçirilən Avropa birinciliyində 3 medal qazanıb.

Fhnews.az xəbər verir ki, o, yaşı 15-ə qədər olan atletlər arasında 73 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.

İdmançı birdən qaldırmada 112 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropanın ən yaxşısı olub. Atlet təkanla qaldırmada 137 kiloqramı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

Toplam 249 kiloqram (112+137) nəticə göstərən İsa Əliyev yekun sıralamada da bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Paylaş: