23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azadlıq prospektinin bir hissəsinin təmiri başa çatıb

04-09-2024
IMG

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Azadlıq prospektinin bir hissəsində aparılan təmir işləri artıq yekunlaşıb.

Agentlikdən verilən məlumata görə, təmir işləri prospektin Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinədək olan hissəsində aparılıb. Sözügedən hissənin uzunluğu 3360 metr, ortalama eni isə 19 metr təşkil edir.

Təmir çərçivəsində prospektdə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, yolun profilə salınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Bu işlərə paralel olaraq, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də görülüb.

Təmir işlərinin son mərhələsində sözügedən ərazidə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri yerinə yetirilib.

Paylaş: