23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azad olunmuş ərazilərin bərpasında Belarus təcrübəsinin tətbiqi müzakirə olunub

04-09-2024
IMG

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Belarusun xarici işlər nazirinin müavini İqor Nazarukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən verilən məlumata görə, komitə sədri iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini və qabaqcıl təcrübələr əsasında birgə layihələrin icrası üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Görüşdə Belarus mütəxəssisləri tərəfindən Ağdam rayonunun Qızıl Kəngərli kəndində aqrar şəhərciyin yaradılması ilə bağlı layihə işlərinin icra vəziyyəti müzakirə edilib və layihənin Ağdam rayonunda yaşayış məskənlərinin hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin iqtisadiyyatına təsiri vurğulanıb.

Həmçinin işğaldan azad olunmuş ərazilərin bərpasında Belarus təcrübəsinin tətbiqi ilə mövcud əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyi qeyd olunub.

Paylaş: