AYNA: Taksi şirkətlərinin əlavə vəsait tutması, tək gediş üçün bir neçə ödəniş alması qanunsuzdur
Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eyni zamanda, bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, bununla bağlı AYNA tərəfindən ciddi tədbirlər görüləcək.
“Belə hallarla qarşılaşan sərnişinlərdən AYNA-nın 141-Çağrı mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur. Taksi nəqliyyat vasitəsilə sərnişin daşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür”, - deyə AYNA-nın yaydığı məlumatda bildirilir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...