Avropa çempionatında uğurlu çıxış edən Azərbaycan gimnastları Vətənə dönüblər
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında uğurlu çıxış edən Azərbaycan gimnastları Vətənə dönüblər.
Fhnews.az xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Azərbaycanın gənc fərdi gimnastları Gövhər İbrahimova (halqa), Şəms Ağahüseynova (lent), İlahə Bahadirova (top), Fidan Qurbanlı (gürzlər) komanda hesabında, ümumilikdə, 117,400 xalla bürünc medal sahibi olaraq fəxri kürsünün 3-cü pilləsində qərarlaşıblar. Kürsünün ilk pilləsində Rumıniya, 2-ci sırada isə İsrail komandası yer alıb. Bundan başqa İlahə Bahadirova (top) 30,500 xalla 4-cü, Şəms Ağahüseynova (lent) 28,300 xalla 4-cü, Gövhər İbrahimova (halqa) 30,400 xalla 5-ci, Fidan Qurbanlı (gürzlər) 28,400 xalla 8-ci sırada yer tutublar.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...