Avropa çempionatında çıxışını başa vuran qrup hərəkətləri üzrə Azərbaycan komandası Vətənə qayıdıb
Macarıstanın paytaxtı Budapeştdə keçirilən gimnastika üzrə Avropa çempionatında çıxışını başa vuran qrup hərəkətləri üzrə Azərbaycan komandası Vətənə qayıdıb.
Fhnews.az xəbər verir ki, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektivi Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Milli komanda çoxnövçülük proqramında (5 halqa; 3 lent və 2 top) 70,200 xal toplayaraq 4-cü yeri tutub. Həmçinin yığmamız 3 lent və 2 top proqramı üzrə 4-cü (33,350), halqalarla çıxışda isə 6-cı sırada (36,600) qərarlaşıb.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...