Avropa çempionatında Azərbaycanı təmsil edəcək atletlər müəyyənləşib
İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına Azərbaycanı təmsil edəcək atletlər müəyyənləşib.
Fhnews.az xəbər verir ki, Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, müxtəlif yarışlarda əldə etdikləri nəticələr əsasında yığmanın 4 üzvü mötəbər turnirdə iştirak hüququ qazanıb.
Çəkic atma növündə Anna Skidan, uzunluğa tullanmada Nazim Babayev, üç təkanla tullanmada Yekaterina Sarıyeva və Aleksis Kopello medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa çempionatı iyunun 7-12-də təşkil olunacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...