Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi gümüş medal qazanıb
Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bakıda keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.
Fhnews.az xəbər verir ki, 53 kiloqram çəkidə mübarizə aparan idmançı həlledici qarşılaşmada ukraynalı Liliya Malançukla üz-üzə gəlib.
Rəqibinə məğlub olan E. Məmmədova gümüş medalla kifayətlənib.
Bu gün, həmçinin digər qadın güləşçilərdən Jalə Əliyeva (57 kiloqram) qızıl, Mərziyyə Sadıqova (72 kiloqram) isə bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatının ilk 4 günündə Azərbaycan ümumilikdə 9 medal qazanıb. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) isə bürünc medala yiyələniblər.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...