23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Avropa çempionatı: Azərbaycanın basketbol yığmaları növbəti oyunlarını keçirəcəklər

10-07-2024
IMG

Azərbaycanın 16 yaşadək oğlan və qızlardan ibarət basketbol yığmaları bu gün Avropa çempionatında növbəti oyunlarına çıxacaqlar.

Fhnews.az xəbər verir ki, C divizionunun A qrupunda mübarizə aparan qızlar ikinci matçda Gürcüstanla üz-üzə gələcəklər. Cəbəllütariqdə oynanılacaq görüş Bakı vaxtı ilə saat 12:30-başlayacaq. Evrən Alkayanın rəhbərlik etdiyi kollektiv qrupun ilk qarşılaşmasında Ermənistana 86:59 hesabı ilə qalib gəlib.

Oğlanlardan ibarət komanda isə A qrupunda Moldova seçməsi ilə qarşılaşacaq. Matçın start fiti saat 16:30-da səslənəcək. Komandamız ilk oyunda turnirə ev sahibliyi edən Albaniyaya 56:60 hesabı ilə məğlub olub.

Paylaş: