23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Avropa çempionatı: Azərbaycan güləşçisi ikinci olub

03-07-2024
IMG

Serbiyanın Novi Sad şəhərində güləş üzrə 20 yaşlılar arasında Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından  verilən məlumata görə, bu gün yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.

Tural Əhmədov (60 kiloqram) təsəlliverici görüşdə yunanıstanlı İlias Zairakisə heç bir şans tanımayıb – 12:0. Həmyerlimiz həlledici qarşılaşmada ukraynalı Boqdan Xrişinə 3:1 hesabı ilə qalib gələrək Avropa üçüncüsü olub.

Fəraim Mustafayev (67 kiloqram) təsəlliverici görüşlərdə rumıniyalı İosif Yonesku (11:3) və belaruslu Vyaçeslav Jelayevə (10:1) tam üstünlüklə (10:1) qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada gürcüstanlı Rati Xozrevanidzeylə bacarmayıb – 0:11.

Ruslan Nurullayev (72 kiloqram) yunanıstanlı Arionas Kolitsopulosa 4:1 hesabı ilə qalib gələrək bürünc medalı boynundan asıb.

İsmayıl Rzayev (82 kiloqram) finalda türkiyəli Alperen Berberlə qarşılaşıb. Bu il böyüklər arasında Avropa çempionu olmuş Berberə müqavimət göstərmək mümkün olmayıb – 0:8. Rzayev qitə birinciliyini gümüş medalla başa vurub.

Paylaş: