Avropa çempionatı: Azərbaycan basketbol yığması Ermənistanı məğlub edib
Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol yığması Avropa çempionatında ilk oyununu keçirib.
Fhnews.az xəbər verir ki, C divizionunun A qrupunda mübarizə aparan qızlar Ermənistanla üz-üzə gəliblər. Cəbəllütariqdə oynanılan görüş komandamızın 86:59 hesablı qələbəsi ilə yekunlaşıb.
Evren Alkayanın rəhbərlik etdiyi kollektiv növbəti oyununu iyulun 10-da Gürcüstan seçməsinə qarşı keçirəcək.
Oğlanlardan ibarət komanda isə bu gün A qrupunda yarışa ev sahibliyi edən Albaniya seçməsi ilə qarşılaşacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 21:30-da səslənəcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...