8 noyabr 2025, şənbə Bakı, 12°C
IMG-LOGO

Atmosferdəki karbon qazının səviyyəsi 2024-cü ildə rekord səviyyəyə çatıb

15-10-2025
IMG

Ümumdünya Meteorologiya Təşkilatı atmosferdəki karbon qazının səviyyəsinin 2024-cü ildə rekord zirvəyə çatdığını və dünyanı uzunmüddətli temperatur artımına doğru apardığını bildirib. Təşkilat istixana qazlarının konsentrasiyası və onların hava istiliyinə təsiri haqqında hesabat dərc edib.

Hesabatda deyilir ki, atmosferdəki karbon dioksid səviyyələri 2024-cü ildə rekord səviyyədə artaraq yeni zirvələrə çatıb. Bu, dünyanı daha uzunmüddətli temperatur artımına doğru sürükləyib.

Hesabatda karbon qazı səviyyəsinin yüksəlməsinin insan fəaliyyəti və meşə yanğınlarının artması ilə əlaqəli olduğuna diqqət çəkilərək, bu vəziyyətin pis bir iqlim dövrünə çevrilməsi təhlükəsi vurğulanır. Bildirilir ki, karbon qazının səviyyəsi 1960-cı illərdən bəri üç dəfə artıb. 2011-ci ildən 2020-ci ilə qədər 10 il ərzində orta illik artım milyonda 0,8 hissədən (ppm) ildə 2,4 ppm-ə yüksəlib. İnsan fəaliyyəti ilə bağlı ikinci və üçüncü ən əhəmiyyətli uzunömürlü istixana qazları olan metan və azot oksidinin konsentrasiyası rekord səviyyəyə çatıb.

Hesabatda fikirlərinə yer verilən Ümumdünya Ticarət Təşkilatının Baş katibinin müavini Ko Barret bəyan edib ki, karbon qazı və digər istixana qazları tərəfindən tutulan istilik iqlim dəyişikliyini sürətləndirir və daha ekstremal hava hadisələrinə səbəb olur.

Barret əlavə edib ki, emissiyaların azaldılması təkcə iqlimimiz üçün deyil, həm də iqtisadi təhlükəsizliyimiz və sosial rifahımız üçün çox vacibdir.

Paylaş: