Ər-Riyadda keçiriləcək “Foodex Saudi-2024” beynəlxalq sərgisində Azərbaycan məhsulları təqdim ediləcək
Azərbaycan sentyabrın 16-dan 19-dək Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək “Foodex Saudi-2024” beynəlxalq sərgisində iştirak edəcək.
Fhnews.az tədbirin təşkilatçılarının saytına istinadla xəbər verir ki, sərgidə 20-dən çox Azərbaycan şirkəti öz məhsullarını nümayiş etdirəcək.
“Foodex Saudi” Səudiyyə Ərəbistanının qida və içki sənayesinə həsr olunmuş aparıcı beynəlxalq ticarət sərgisidir.
Sərgidə bir sıra aparıcı otel və restoranların rəqabət aparan aşpazlarının bacarıq və istedadlarını nümayiş etdirən, Dünya Aşpaz Cəmiyyətləri Assosiasiyası, “Saudi Arabian Chefs Table Circle” və “Saudi Arabian Chefs Association” tərəfindən təsdiq edilmiş “Salon Culinaire” peşəkar aşpaz müsabiqəsi təqdim olunur.
Builki sərgidə milli pavilyonları olan 15 ölkə, eləcə də 75 ölkədən 500-ə yaxın şirkət və pərakəndə satış şəbəkələrinin nümayəndələri iştirak edəcəklər. Həmçinin 20 minə yaxın ziyarətçi gözlənilir. “Foodex Saudi” tanınmış məişət brendlərindən tutmuş ərzaq, meyvə-tərəvəz, əsas qida məhsulları, ət, quş əti və dəniz məhsulları, yeni niş kateqoriyalar və bütün növ hazır məhsulların ixracatçılara qədər bütün kateqoriyalar üzrə qida və içki təchizatçılarını qəbul edəcək.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...