AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə vətəndaşların iştirakı vacibdir
Son günlərdə qonşu ölkələrdən Azərbaycana miqrasiya edən qəhvəyi mərmər bağacığı, xüsusilə Zaqatala və Balakən rayonlarının ərazisində kütləvi şəkildə görünür. Payızda zərərverici fəallığını itirir və qışlamağa üstünlük verir. Bu dövr mübarizə üçün ən əlverişli vaxtdır.
Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.
Agentlik bu zərərverici ilə mübarizə üsullarını da göstərib. Bildirilib ki, AQTA və digər qurumlar kimyəvi və feromon tələlərlə tədbirlər görür. Mexaniki mübarizə - süni tələlərin quraşdırılması isə ən təbii üsullardandır. Bununla yanaşı, yaşayış yerlərində əşyaların arxa hissələrinə diqqət yetirmək lazımdır, aşkar edilən bağacığı süpürgə və tozsoranla toplayıb, məhv etmək vacibdir.
“Bağacıqla mübarizədə vətəndaşların iştirakı çox önəmlidir”, - deyə məlumatda vurğulanıb.
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri barədə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.
Mətbuat Şurası Prezident İlham Əliyevə...
Azərbaycan QHT-ləri müharibənin qalibi...
Ali Məclisin 2025-ci il payız...
Medianın İnkişafı Agentliyində Zəfər...
Naxçıvan Regional Bank Forumu keçirilib...