AQTA ilə İƏT-ə üzv ölkələrin müvafiq qurumları arasında baytarlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baytarlıq Komissiyasının İş planının icrası üzrə Texniki Komitənin 3-cü onlayn iclası keçirilib. Ölkəmizin sədrliyi ilə hibrid formatda keçirilən iclasda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və komitəyə üzv dövlətlərin nümayəndələri iştirak ediblər.
Fhnews.az xəbər verir ki, bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
İclasda iştirakçılara Agentliyin fəaliyyət istiqamətləri, ölkədə heyvan sağlamlığının təmin olunması məqsədilə həyata keçirilən ardıcıl tədbirlər, tətbiq edilən yeniliklər barədə geniş məlumat verilib.
Sonra müvafiq komissiyanın nizamnaməsi təsdiq olunub. Eyni zamanda, “Heyvandarlıq və heyvandarlıq məhsullarının identifikasiyası və onların milli və ekoregional səviyyədə izlənməsi layihəsi”nin Yol Xəritəsi, heyvan ticarəti və heyvandarlıq məhsulları ilə bağlı maneələr və onların sərhədlərdə hərtərəfli karantinlə daşınmasının asanlaşdırılması məsələləri nəzərdən keçirilib. Baytarlıq-sağlamlıq sertifikatları üzrə əməkdaşlıq imkanları və digər məsələlər müzakirə edilib.
Həmçinin ölkəmizin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad olması statusunun təsdiqlənməsi və müvafiq sertifikata layiq görülməsi təqdirəlayiq hal kimi qiymətləndirilib. Azərbaycanın bu sahədə təcrübəsinin regionda təbliğ olunması məsələsinin iclasın yekun hesabatına daxil edilməsi qərara alınıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...