8 noyabr 2025, şənbə Bakı, 12°C
IMG-LOGO

AQTA: Epizootik vəziyyət diqqətdə saxlanılır

16-10-2025
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır və sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son informasiyaları təqdim edir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, ötən həftə ərzində dünya üzrə blutanq, nodulyar dermatit və yüksək patogen quş qripi ilə bağlı yeni xəstəlik halları aşkar olunub.

Hazırda 16 xəstəlik üzrə 87 ölkədən məhsul idxalına müvəqqəti məhdudiyyət mövcuddur.

Dünyadakı epizootik vəziyyətlə bağlı daha ətraflı linkə daxil olmaqla məlumat almaq mümkündür.

Paylaş: