ANAMA-nın əməkdaşı minaya düşüb
Aprelin 28-də Qazax rayonunun işğaldan azad edilmiş Qızılhacılı kəndi ərazisində mina hadisəsi baș verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Agentliyin əməkdaşı, 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrindən yüngül xəsarətlər alıb.
Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Korrupsiyaya qarşı mübarizə sahəsində...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...
Avropa Dövlət Prokurorluğunun Baş...
Bakıda məktəb və uşaq xəstəxanasının...
İnfeksion və invaziyon arı xəstəlikləri...