23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Ali Audit Orqanlarının Asiya Təşkilatının 16-cı Assambleyası öz işinə başlayıb

24-09-2024
IMG

Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti Ali Audit Orqanlarının Asiya Təşkilatının (ASOSAI) Hindistanın Yeni Dehli şəhərində keçirilən 16-cı Assambleyasında iştirak edir.

Hesablama Palatasından verilən məlumata görə, assambleyanın 1-ci plenar sessiyası öz işinə Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) sədrliyi və INTOSAI Katibliyinin nümayəndəsinin salamlama nitqi ilə başlayıb.

Sessiyada ASOSAI-ın Katibliyinin üç illik fəaliyyətinə dair hesabat verilib. Sonra ASOSAI-ın 2021-2023-cü illər üzrə maliyyə hesabatları təsdiq edilib və Audit Komitəsinin üzvləri tərəfindən audit hesabatı təqdim olunub.

Qeyd olunub ki, ASOSAI maliyyə hesabatlarının auditi cari ildə Audit Komitəsinin üzvləri – Azərbaycan Respublikası Hesablama Palatası və Qazaxıstan Respublikası Ali Audit Palatası tərəfindən həyata keçirilib. Audit hesabatını təqdim edən Hesablama Palatasının auditoru Hilal Hüseynov auditin əsas nəticələrinə toxunub, rəy və tövsiyələri diqqətə çatdırıb.

Plenar sessiyada 2025-2027-ci maliyyə illəri üzrə ASOSAI-ın büdcəsi təsdiq olunub. Sessiya ASOSAI-ın Strateji Planına, Banqok Bəyannaməsinə, 13-cü ASOSAI Tədqiqat Layihəsinə, ASOSAI jurnalına, ASOSAI-ın İşçi qruplarının fəaliyyətlərinə dair hesabatların təqdim edilməsi ilə davam edib.

Tədbirin gedişatında ASOSAI İdarə Heyəti və Audit Komitəsinə namizəd AAO-lar elan olunub və seçki proseduru barədə məlumat verilib. 1-ci plenar sessiya Tailand Krallığı Dövlət Audit Ofisinin ASOSAI Sədrliyini Hindistan Baş Auditor və Müfəttiş Ofisinə həvalə etməsi ilə yekunlaşıb.

Paylaş: