23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Əlcəzairdə zəlzələ baş verib

15-01-2024

Əlcəzairin qərbindəki Qalizan əyalətində 4,3 bal gücündə zəlzələ baş verib.

Fhnews.az xəbər verir ki, Əlcəzair Astrofizika və Geofizika Araşdırma Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Qalizan əyalətinin Vad əl-Cümə şəhərindən 11 kilometr cənub-qərbdə olan 4,3 bal gücündə zəlzələ yerli vaxtla saat 18:28-də qeydə alınıb.

Qalizan Mülki Müdafiə İdarəsindən verilən açıqlamada zəlzələ nəticəsində can və ya mal itkisinin olmadığı, yalnız 4 qorxu və panikadan huşunu itirmə hadisəsinin qeydə alındığı bildirilib.

Paylaş: