23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Ələt-Astara yolunun 61,5-ci kilometrliyində sürət həddi endirilib

10-07-2024
IMG

Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 61,5-ci kilometrliyində (Salyan rayonunun Marışlı kəndindən keçən hissədə) sürət həddi 110 km/saatdan 90 km/saata endirilib.

Fhnews.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, məqsəd hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılmasıdır.

"Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət həddinə riayət etmələrini xahiş edirik", - deyə agentlik bəyan edib.

Paylaş: