Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək
Sentyabrın 14-15-də gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından (AAF) verilən məlumata görə, Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzinin baş tutacaq yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.
Gənclər və İdman Nazirliyi və AAF-ın birgə təşkil etdiyi çempionatın məqsədi ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...