ADSEA Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Ramazan bayramı ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Agentlikdən verilən məlumata görə, qeyri-iş günlərində mərkəzi idarə aparatında, regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq.
Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq.
“İstehlakçılardan xahiş olunur ki, içməli su təchizatı və kanalizasiya xidmətlərində yarana biləcək problemlərlə əlaqədar 955 - Zəng mərkəzinə müraciət etsinlər”, - deyə məlumatda bildirilir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...