23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

ABŞ-ın Beynəlxalq Ticarət Administrasiyası ilə dayanıqlı sənaye strategiyalarının iqlim fəaliyyətinə müsbət təsirləri müzakirə olunub
 

16-11-2024
IMG

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Beynəlxalq Ticarət Administrasiyasının istehsal üzrə katib köməkçisinin müavini Hezer Evansla görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə ABŞ ilə genişlənməkdə olan energetika, ticarət və işgüzar əlaqələrin əhəmiyyəti qeyd olunub. Həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetlər və yaşıl inkişaf istiqamətində qarşıya qoyulan hədəflər, yaşıl enerji keçidi üzrə görülən işlər, reallaşdırılan layihələr barədə məlumat verilib, bu sahədə əməkdaşlıq potensialı vurğulanıb.

İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində hazırlanmış “Yaşıl artım portalı”nın dayanıqlı inkişafa nail olmaq üçün qlobal əməkdaşlıqda əhəmiyyəti qeyd olunub.

Tərəflər təmiz enerji sahəsində irəliləyişlər və dayanıqlı inkişafı dəstəkləyən sənaye strategiyalarının iqlim fəaliyyətinə müsbət təsirləri, bu sahədə tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Paylaş: