23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

ABŞ ilə yaşıl enerji keçidində beynəlxalq əməkdaşlığın təşviqi müzakirə edilib

15-11-2024
IMG

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlığın prioritetləri, bərpaolunan enerji mənbələrindən istifadənin artırılmasının əhəmiyyəti, dayanıqlı biznes modellərinə investisiya axınının perspektivləri barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın iqtisadi inkişaf modelinin emissiyaların azaldılması, iqlimə davamlılığın təmin edilməsi və aşağı karbonlu biznes strategiyalarına keçid kimi qlobal çağırışlara uğurlu adaptasiyası ilə bağlı prioritetlər nəzərdən keçirilib. Mərkəzi Asiya ölkələrindən Azərbaycandan keçməklə Avropaya yaşıl enerjinin ixracı layihəsi ilə bağlı məlumat verilib.

Tərəflər yaşıl enerji keçidində qlobal təchizatı sabitləşdirmək üçün beynəlxalq əməkdaşlığın təşviqi, Azərbaycanın bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, dayanıqlı biznes modellərinə investisiya axınının perspektivləri barədə öz fikirlərini bölüşüblər.

Paylaş: