2027–2030-cu illər üzrə elm və təhsil hədəfləri müzakirə edilib
Elm və Təhsil Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Təhsil” üzrə alt işçi qrupunun növbəti iclası keçirilib.
Elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən iclasa aidiyyəti dövlət qurumlarının nümayəndələri də qatılıblar.
Nazirlikdən bildirilib ki, iclas çərçivəsində 2027–2030-cu illərdə təhsil sahəsində həyata keçirilməsi planlaşdırılan islahatlar, strateji fəaliyyət istiqamətləri və tədbirlər planı ətraflı şəkildə müzakirə olunub.
İclas zamanı işçi qrupunun üzvləri tərəfindən müxtəlif istiqamətlər üzrə təkliflər təqdim olunub, mövcud problemlər və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Zəfər Günü Azərbaycanın dövlətçilik...
Noyabrın 30-dək Leonid meteor yağışı...
“Şanlı Zəfər” adlı esse müsabiqəsinin...
SOCAR-ın Bakı Ali Neft Məktəbinin...
Taksi sürücüləri üçün imtahana qeydiyyat...