2027-ci ildə Transxəzər Dəhlizi ilə yükdaşımaların həcmini 10 milyon tona çatdıracaq
Cari ildə Qazaxıstan hökuməti ölkənin şərq regionları ilə Xəzər dənizi sahilindəki Aktau və Kurık limanlar arasında nəqliyyat əlaqəsi yaratmaq məqsədilə avtomobil yolunun tikintisinə başlayacaq.
Fhnews.az xəbər verir ki, 515 kilometrlik Şalkər-Beyinə magistral yolu 1 il müddətində tikilib istismara veriləcək və 2027-ci ilə kimi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) ilə yükdaşımaların həcmini 10 milyon tona çatdıracaq. Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin öz ərazisindən keçən hissəsində yenidənqurma işləri görüb. Bunun nəticəsidir ki, ötən 2023-cü ildə Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Azərbaycan üzərindən tranzit olaraq 2,5 ton yük daşıyıb. Bu da 2022-ci illə müqayisədə 107 faiz artım deməkdir.
Çinin sərhədlərinə qədər uzanan Şalkər-Beyinə magistral yolu Qazaxıstanın tranzit yükdaşımalarda fəal iştirakını təmin edəcək. Dünya iqtisadiyyatında böyük rola malik olan Çinin həcmi artıq trilyon dollarla çatan ixrac potensialı var. Çin ixracatının 10 faizini Orta Dəhliz vasitəsi ilə həyata keçirsə, tranzit ölkələr, o cümlədən Azərbaycan ildə 2,5, 3 milyard dollar tranzit gəlir əldə edə bilər.
Multimodulyar infrastruktura malik olan Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz və Türkiyədən keçməklə Çin ilə Avropanı nəqliyyat baxımından əlaqələndirir. Xəzər ilə Qara dənizi birləşdirir. Bu dəhliz Avropa ilə Asiya arasındakı ticarət dövriyyəsini, yükaşırma imkanlarını artıracaq. Digər nəqliyyat marşrutlarından fərqli olaraq Orta Dəhliz ilə yüklər Avropadan Asiyaya və əks istiqamətə 1 ay deyil, 25 gün ərzində çatdırılır ki, bu da qlobal iqtisadiyyatda ən mühüm amil hesab olunur.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...