12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

Zəlzələdə zərər görən Həsən Padişah məscidi Ramazan  bayramında ibadətə açılacaq

06-02-2025
IMG

Şanlıurfada baş verən zəlzələlərdə zədələnən və bərpası tamamlanmaq üzrə olan 600 illik Həsən Padişah məscidinin Ramazan bayramında ibadət üçün açılması nəzərdə tutulur. Balıklıgöl qəsəbəsində yerləşən məscid XV əsrin ikinci yarısında Ağqoyunlu hökmdarı Uzun Həsən tərəfindən XIV əsrdə tikilmiş Toktemur məscidinin yanında inşa edilmişdir.

2 il əvvəl mərkəzi Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə ziyan görən bu məscid Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Vəqflər Ümumi Müdirliyinin tabeliyindədir.Məscidin bərpasına 2023-cü ilin noyabr ayında başlanılıb.İctimaiyyət arasında Həsən Paşa Məscidi kimi də tanınan məscid işlər tamamlandıqdan sonra yenidən ibadət üçün istifadəyə veriləcək.

Paylaş: