Xırdalanda mebel sexində yanğın olub (video)
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 100kv.m. olan mebel sexində baş vermiş yanğın havanın küləkli və yayılma riskinin yüksək olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 100kv.m. olan mebel sexi 45kv.m. sahədə yanıb.
Sexin qalan hissəsi və bitişik yerləşən digər sex yanğından mühafizə olunub.
Qarayazı qoruğunda baş verən yanğın...
Ağstafada Qarayazı qoruğunda yanğın olub...
Xaçmazda yük avtomobili yanıb...
Abşeronda yanğın olub...
Tovuzda restoranda yanğın olub (video)...