28 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

Vəkilliyə qəbulla bağlı test imtahanına sənəd qəbulu başlanıb
 

06-02-2025
IMG

Fevralın 6-dan vəkilliyə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak üçün elektron sənəd qəbuluna start verilir.

Bu barədə  Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ixtisas imtahanının test mərhələsində iştirak üçün müraciətlər yeni qaydalara uyğun olaraq yalnız elektron formada həyata keçirilir. Müasir imkanlar nəzərə alınmaqla, namizədlərin sənəd qəbuluna çatımlılığının artırılması məqsədilə tətbiq olunan yeni qaydalara əsasən, elektron müraciət üçün Vəkillər Kollegiyasının rəsmi internet səhifəsindən “Vəkilliyə qəbul” bölməsinə (https://barassociation.az/candidate-login) daxil olmaqla açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçid edilməlidir.

ARVK ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunan razılığa əsasən, test imtahanının tarixi barədə əlavə məlumat veriləcək.

Paylaş: