Tunisdə 4,9 bal gücündə zəlzələ baş verib
Tunisin mərkəzi hissəsində yerləşən Sidi Bozeid əyalətində 4,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin olub-olmadığı hələlik məlum deyil.
Tunis Meteorologiya İnstitutunun sosial media hesabından verilən açıqlamaya görə, yerli vaxtla saat 10.45-də episentri Meknasi rayonunun şərqində olan 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Açıqlamada zəlzələnin dərinliyi və itkilərə səbəb olub-olmadığı barədə hələlik məlumat verilməyib.
Böyük Britaniyanın yeni robot itləri...
Türkiyədə sərnişin avtobusu aşıb,...
İstanbulda dəniz suyu çəkilib...
Çinin Harbin şəhərində IX Qış Asiya...
İkinci Dünya Müharibəsində Braziliya...